Azərbaycandan külli miqdarda xarici valyuta çıxarılmasının qarşısı alınıb

Azərbaycandan külli miqdarda xarici valyuta çıxarılmasının qarşısı alınıb ​​​​​​​Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıbla
Maliyyə
27 İyul , 2021 15:00
Azərbaycandan külli miqdarda xarici valyuta çıxarılmasının qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən xarici ölkə vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı vətəndaşın əl çantasından və çamadanından, ümumilikdə 52 000 (əlli iki min) ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi