Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib Avropa Parlamenti Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
Maliyyə
17 Sentyabr , 2019 15:39
Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

Avropa Parlamenti Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib. 

“Report” TASS-a istinadən xəbər verir ki, parlamentin plenar iclasında onun namizədliyini 649 millət vəkilindən 394-ü dəstəkləyib. 

Xatırladaq ki, K.Laqardın sözügedən vəzifəyə namizədliyini bundan əvvəl Avropa Parlamentinin İqtisadiyyat və Monetar İşlər Komitəsi qəbul edib. O, 17-18 oktyabrda keçiriləcək Avropa İttifaqı sammitində vəzifəsinə təsdiq olunacaq və səlahiyyətlərinin icrasına başlayacaq. 

Orphus sistemi