Kreditlərin restrukturizasiyası üzrə 1,4 milyard manatlıq müraciət var

Kreditlərin restrukturizasiyası üzrə 1,4 milyard manatlıq müraciət var "Azərbaycan Mərkəzi Bankının (AMB) koronavrus (COVID-19) pandemiyası ilə əlaqədar müəyyən etdiyi prudensial yumşalma tədbirlərinin müddəti əvvəl sentyabrın sonuna qədər nəzərdə tutulsa da, sonradan ilin sonuna qədər artırılıb”.
Maliyyə
2685
30 Oktyabr , 2020 12:04
Kreditlərin restrukturizasiyası üzrə 1,4 milyard manatlıq müraciət var

"Azərbaycan Mərkəzi Bankının (AMB) koronavrus (COVID-19) pandemiyası ilə əlaqədar müəyyən etdiyi prudensial yumşalma tədbirlərinin müddəti əvvəl sentyabrın sonuna qədər nəzərdə tutulsa da, sonradan ilin sonuna qədər artırılıb”.

"Report" xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, kreditlərin restrukturizasiyası üzrə 1,4 milyard manatlıq müraciət var.

"Biznes kreditləri üzrə 20 min müraciət var. Bunun 88%-i icra olunub. Qarşıdakı dövr ərzində də biznesə dəstək verməyi planlaşdırırıq. İstehlak kreditləri üzrə isə 111 milyon manatlıq 31 min müraciət var. Bunun da 87%-i - 96 milyon manatlıq hissəsi icra edilib. O cümlədən ipoteka kreditləri üzrə 103 milyon manatlıq 1 800 müraciət olub", - baş bankir qeyd edib.

Son xəbərlər

Orphus sistemi