Noyabrda manat və xarici valyutada kreditlərin orta faiz dərəcəsi azalıb

Noyabrda manat və xarici valyutada kreditlərin orta faiz dərəcəsi azalıb Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) noyabr ayı üzrə depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.
Maliyyə
5 Yanvar , 2019 16:14
Noyabrda manat və xarici valyutada kreditlərin orta faiz dərəcəsi azalıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) noyabr ayı üzrə depozit və əmanətlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

“Report” AMB-nin saytına istinadən xəbər verir ki, noyabrda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,19%, xarici valyuta ilə 2,33% təşkil edib.

Oktyabr ayı ilə noyabr ayını müqayisə edəndə məlum olur ki, manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 4,47% azalıb, xarici valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 3,4% artıb. Ümumiyyətlə, manatla depozit və əmanətlərdə orta faiz illik 10,30%-dən 9,19%-ə, xarici valyutada 3,05%-dən 2,43%-ə enib.

Noyabr ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,21%, xarici valyutada isə 1,25%-dən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş depozitlərin orta faizi 10%, xarici valyutada isə 2,97% olub.

Noyabrda verilmiş kreditlər üzrə orta faiz dərəcəsinə gəlincə, bu göstərici manatla 14,17%, xarici valyuta ilə 8,56% təşkil edib. Oktyabr ayı ilə noyabr ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,84%, xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 1,04% azalıb. Ümumiyyətlə, manatla kreditlərdə orta faiz illik 13,09%-dən 14,17%-ə yüksəlib, xarici valyutada 10,37%-dən 8,56%-ə enib.

Noyabr ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 16,92% xarici valyutada 15,21% olub. Hüquqi şəxslərə sözügedən ayda kreditlər manatda orta hesabla 9,15%, xarici valyutada 6,30% təşkil edib.  

Son xəbərlər

Orphus sistemi