“Kredit Servis” BOKT-un xalis mənfəəti 87% artıb

“Kredit Servis” BOKT-un xalis mənfəəti 87% artıb “Kredit Servis” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 161 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
22 İyun , 2020 09:30
“Kredit Servis” BOKT-un xalis mənfəəti 87% artıb

“Kredit Servis” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 161 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 87,2% çoxdur.

Ötən il “Kredit Servis”in vergiyəqədərki mənfəəti 198 min manat (əvvəlki ilə nisbətən 81,7% çox), mənfəət vergisi ödəmələri isə 38 min manat (65,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Kredit Servis”in aktivləri 1,7 milyon manat olub ki, bu da illik müqayisədə 2,6% çoxdur. Bunun 1,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 3,5% böyüyüb.

Hesabat dövründə “Kredit Servis”in öhdəlikləri 75,6% artaraq 150 min manata çatıb, balans kapitalı isə 1,3% azalaraq 1,5 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,5% azalaraq 1,4 milyon manata düşüb. 

Xatırladaq ki, "Kredit Servis" 2011-ci ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi