Azərbaycanda kredit qoyuluşunun 15%-ni dövlət bankları həyata keçirib

Azərbaycanda kredit qoyuluşunun 15%-ni dövlət bankları həyata keçirib Bakı. 9 yanvar. REPORT.AZ/ 2018-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycandakı dövlət bankları ölkə iqtisadiyyatına 1 848,7 mln. manat kredit verib.
Maliyyə
9 Yanvar , 2019 17:39
Azərbaycanda kredit qoyuluşunun 15%-ni dövlət bankları həyata keçirib

Bakı. 9 yanvar. REPORT.AZ/ 2018-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycandakı dövlət bankları ölkə iqtisadiyyatına 1 848,7 mln. manat kredit verib.

“Report”un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, beləliklə də ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 14,7%-ni dövlət bankları həyata keçirib. 

Hesabata əsasən, kredit qoyuluşunun 10 323,4 mln. manatı, yaxud 82,2%-i isə özəl bankların, o cümlədən 3 385,9 mln. manat və ya 26,9%-i xarici kapitallı bankların payına düşüb. Kredit qoyuluşunun 3,1%-i və ya 392 mln. manatını isə qeyri-bank kredit təşkilatları reallaşdırıb.

Hazırda ölkədə 2-si dövlət bankı olmaqla cəmi 30 bank mövcuddur. Bunlardan 15-i xarici kapitallıdır.

Son xəbərlər

Orphus sistemi