Azərbaycandakı kredit ittifaqlarının aktivləri 16 milyon manata yaxınlaşıb

Azərbaycandakı kredit ittifaqlarının aktivləri 16 milyon manata yaxınlaşıb Bu il oktyabrın 1-nə Azərbaycandakı kredit ittifaqlarının aktivləri 15,9 milyon manat təşkil edib.
Maliyyə
25 Oktyabr , 2019 17:20
Azərbaycandakı kredit ittifaqlarının aktivləri 16 milyon manata yaxınlaşıb

Bu il oktyabrın 1-nə Azərbaycandakı kredit ittifaqlarının aktivləri 15,9 milyon manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bunun 14,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6,1 milyon manat, o cümlədən aldıqları kreditlər 5,9 milyon manat, balans kapitalı isə 9,8 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,4 milyon manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi