"Kredit Evi" maliyyə vəziyyətini açıqlayıb
- 25 avqust, 2025
- 12:44
Azərbaycanda lombard və lizinq fəaliyyəti ilə məşğul olan "Kredit Evi" ASC 2024-cü ili 2,892 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 90,5 % çoxdur.
Ötən il "Kredit Evi"nin vergiyəqədərki mənfəəti 3,655 milyon manat (əvvəlki ilə nisbətən 90 % çox), mənfəət vergisi ödəmələri isə 763 min manat (87,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Kredit Evi"nin aktivləri 45,483 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 45,6 % çoxdur. Bunun 38,42 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Ötən il şirkətin lombard və lizinq portfeli 51 % böyüyüb.
Hesabat dövründə "Kredit Evi"nin öhdəlikləri 35,7 % artaraq 41,689 milyon manata, balans kapitalı isə 7,55 dəfə artaraq 3,795 milyon manata, o cümlədən nizamnamə kapitalı 101 dəfə artaraq 404 min manata çatıb.
Xatırladaq ki, "Kredit Evi" 2017-ci ildə yaradılıb. Onun səhmdarları hər biri 50 % payla Kazım Hüseynov və Səbuhi Əzizovdur. Sonuncu həm də "Merkuri" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 50 %-nə nəzarət edir.
Maraqlıdır ki, ötən il "Kredit Evi" "Azərbaycan Mikro-Kredit" ASC BOKT-la lombard krediti üzrə tələb hüquqlarının ötürülməsinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, ötürülən kredit portfeli üzrə müştərilərlə imzalanmış ilkin kredit miiqavilələri üzre əsas və faiz borcu məbləğinin qaıəq dəyəri müvafiq olaraq 1,81 milyon manat və 41 min manat olub.