“Kredex” BOKT-un xalis mənfəəti 46 % artıb
- 03 may, 2023
- 05:39
“Kredex” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 612 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 45,7 % çoxdur.
Ötən il “Kredex”in vergiyəqədərki mənfəəti 767 min manat (əvvəlki ilə nisbətən 50,4 % çox), mənfəət vergisi ödəmələri 154 min manat (71,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Kredex”in aktivləri 4,788 milyon manat olub ki, bu da illik müqayisədə 10,7 % çoxdur. Bunun 4,466 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 6,5 % böyüyüb.
Hesabat dövründə “Kredex”in öhdəlikləri 5,4 % artaraq 3,876 milyon manata, balans kapitalı isə 41 % artaraq 912 min manata çatıb.
Xatırladaq ki, “Kredex” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.