“Kredex” BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 09 avqust, 2022
  • 06:35
“Kredex” BOKT ötən ili mənfəətlə başa vurub

“Kredex” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 420 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 170 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Kredex”in vergiyəqədərki mənfəəti 510 min manat (əvvəlki ilə nisbətən 3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 90 min manat (əvvəlki il olmayıb) təşkil edib. 

Bu il yanvarın 1-nə “Kredex”in aktivləri 4,324 milyon manat olub ki, bu da illik müqayisədə 81,1% çoxdur. Bunun 4,264 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 87,4% böyüyüb.

Hesabat dövründə “Kredex”in öhdəlikləri 70,2% artaraq 3,677 milyon manata, balans kapitalı isə 2,85 dəfə artaraq 647 min manata çatıb.

Xatırladaq ki, “Kredex” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.

Son xəbərlər

Bütün Xəbər Lenti