“Kredex” BOKT ötən ili mənfəətlə başa vurub

“Kredex” BOKT ötən ili mənfəətlə başa vurub “Kredex” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 169 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 35 min manat zərərlə çıxmışdı.
Maliyyə
8 May , 2021 12:16
“Kredex” BOKT ötən ili mənfəətlə başa vurub

“Kredex” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 169 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 35 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Kredex”in aktivləri 2,387 milyon manat olub ki, bu da illik müqayisədə təxminən 2,85 dəfə çoxdur. Bunun 2,238 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 2,95 dəfə böyüyüb.

Hesabat dövründə “Kredex”in öhdəlikləri 2,8 dəfə artaraq 2,16 milyon manata, balans kapitalı isə 4 dəfə artaraq 227 min manata çatıb.

Xatırladaq ki, “Kredex” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.

Son xəbərlər

Orphus sistemi