"Kredex" BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 26 may, 2025
  • 18:35
Kredex BOKT maliyyə vəziyyətini açıqlayıb

“Kredex” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 1,298 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 79,5 % çoxdur.

Ötən il “Kredex”in vergiyəqədərki mənfəəti 1,624 milyon manat (əvvəlki ilə nisbətən 79,2 % çox), mənfəət vergisi ödəmələri 326 min manat (78,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Kredex”in aktivləri 12,244 milyon manat olub ki, bu da illik müqayisədə 80,9 % çoxdur. Bunun 11,807 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 80,8 % böyüyüb.

Hesabat dövründə “Kredex”in öhdəlikləri 85,3 % artaraq 10,646 milyon manata, balans kapitalı isə 56,2 % artaraq 1,598 milyon manata çatıb.

Xatırladaq ki, “Kredex” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.