Bakı. 29 iyul. REPORT.AZ/
"Report"un verdiyi xəbərə görə, emissiyanın həcmi bir istiqrazın nominal dəyəri 250 manat olmaqla cəmi 3 mln. manat təşkil edir. İstiqrazların gəlirliliyi illik 14% təşkil edir, istiqrazların tədavül müddəti ilkin istiqrazın yerləşdirildiyi tarixdən etibarən 2 ildir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək. Emissiyanın anderrayteri qismində "İnvest-Az" MMC çıxış edəcək.