“Kredaqro” BOKT-un xalis zərəri 2% artıb

Maliyyə
  • 20 aprel, 2022
  • 05:14
“Kredaqro” BOKT-un xalis zərəri 2% artıb

“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 1,439 milyon manat xalis zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 1,6% çoxdur.

Ötən il “Kredaqro”nun vergiyəqədərki zərəri 1,411 milyon manat (əvvəlki ilə nisbətən 0,4% az), mənfəət vergisi ödəmələri isə 28 min manat (245,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 7,622 milyon manat olub ki, bu da illik müqayisədə 32,9 % azdır. Bunun 4,324 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 29,6 % kiçilib.

Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 43,4% azalaraq 2,995 milyon manata, balans kapitalı isə 23,7 % azalaraq 4,627 milyon manata düşüb.

Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT-nin təsisçisi 100% Rusiyaya məxsus “Aqromostfinans” MMC-dir. 

Son xəbərlər

Bütün Xəbər Lenti