“Kredaqro” BOKT-nin xalis mənfəəti kəskin artıb

“Kredaqro” BOKT-nin xalis mənfəəti kəskin artıb “Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 6,6 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
19 İyun , 2020 17:00
“Kredaqro” BOKT-nin xalis mənfəəti kəskin artıb

“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 6,6 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 29,8 dəfə çoxdur.

Ötən il “Kredaqro”nun vergiyəqədərki mənfəəti 6,7 milyon manat (əvvəlki ilə nisbətən 29,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 4 min manat (4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 12,4 milyon manat olub ki, bu da illik müqayisədə 54,9% çoxdur. Bunun 6,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-nin kredit portfeli 71,3% böyüyüb.

Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 28,7% azalaraq 4,8 milyon manata düşüb, balans kapitalı isə 5,8 dəfə artaraq 7,6 milyon manata çatıb.

Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT-nin təsisçisi 100% ABŞ-ın “ACDI/VOCA” təşkilatıdır. 

Son xəbərlər

Orphus sistemi