Koronavirusla mübarizəyə ayrılan vəsaitin həcmi açıqlandı

Koronavirusla mübarizəyə ayrılan vəsaitin həcmi açıqlandı Koronavirus pandemiyası başlayandan bu yana bunun fəsadlarına qarşı tədbirlər üçün Beynəlxalq Valyuta Fondu (İMF) 82 ölkəyə 100 milyard ABŞ dollarından artıq vəsait ayırıb.
Maliyyə
19 Noyabr , 2020 19:58
Koronavirusla mübarizəyə ayrılan vəsaitin həcmi açıqlandı

Koronavirus pandemiyası başlayandan bu yana bunun fəsadlarına qarşı tədbirlər üçün Beynəlxalq Valyuta Fondu (IMF) 82 ölkəyə 100 milyard ABŞ dollarından artıq vəsait ayırıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən IMF-in idarəçi direktoru Kristalina Georgiyevanın bloqunda bildirilir:

“Bu böhrana qarşı misilsiz şəkildə tədbirlər görərək həm də 82 ölkəyə 100 milyard ABŞ dollarından artıq yeni maliyyə ayırmışıq. Bu böhranın öhdəsindən gəlmələri, pandemiyadan sonra daha yaxşı iqtisadiyyat qurmaları üçün 190 üzv ölkəmizə daha çox yardım etməyə çalışırıq”.

Qurum rəhbəri həmçinin ən qısa müddətdə pandemiyaya son qoymaq və dünya iqtisadiyyatını dirçəltmək üçün G-20 ölkələrini bir daha birgə fəaliyyətə çağırıb.

Son xəbərlər

Orphus sistemi