“Azərbaycan Sənaye Sığorta” ASC-nin koronavirusdan vəfat etmiş Direktorlar Şurasının sədri, Türkiyə vətəndaşı Doğan Tandoğanın yerinə təyinat olub.
“Report” xəbər verir ki, bu vəzifə şirkətin daxil olduğu “Azərsun Holdinq” MMC-nin əməkdaşı Rafiq Şahverdiyevə həvalə edilib.
Mərhum D.Tandoğan həm də holdinqə məxsus “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri olub. Bu vəzifədə isə onu müavini Kənan Orucov əvəz edib.