Körfəz ölkələri 2018-ci ildən ƏDV tətbiqinə başlayır

Körfəz ölkələri 2018-ci ildən ƏDV tətbiqinə başlayır BƏƏ ilk ildə ƏDV-dən 3,3 mlrd. dollar gəlir gözləyir
Maliyyə
13 Fevral , 2017 20:02
Körfəz ölkələri 2018-ci ildən ƏDV tətbiqinə başlayır

Bakı. 13 fevral. REPORT.AZ/ Fars Körfəzi Ərəb ölkələri Əməkdaşlıq Şurası (GCC) üzvü olan 6 ölkənin rəhbərliyi 2018-ci ildən etibarən 5% əlavə dəyər vergisi (ƏDV) tətbiqinə başlamaq istədiklərini bildirib.

"Report"un "Rabler News Service" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlama Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) maliyyə nazirinin müavini Yunis əl-Huri tərəfindən "Reuters" agentliyinə verilib. O bildirib ki, ƏDV bütün administrativ və texniki maneələrə baxmayaraq tətbiq ediləcək.

Onun sözlərinə görə, hökümət iqtisadiyyatın bəzi sektorları istisna olmaqla hər bir sahədən ƏDV alacaq: "İstisna təşkil edən sahələr arasında təhsil, səhiyyə, bərpa olunan enerji, su, kosmos, nəqliyyat və texnologiyalar var."

Nazir müavini BƏƏ hökümətinin 2018-ci ildə ƏDV-dən 12 mlrd. dirhəm və ya 3,3 mlrd. ABŞ dolları vəsait əldə etməyi planlaşdırdığını vurğulayıb. Rəsmi rəqəmlərə görə, bu, 2015-ci il 371 mlrd. dollar olan BƏƏ ÜDM-nin 0,9%-i təşkil edəcək.

Xatırladaq ki, GCC təşkilatına Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxildir. 

Son xəbərlər

Orphus sistemi