Koreya Mərkəzi Bankı uçot dərəcəsini rekord minimum səviyyəyə endirib

Koreya Mərkəzi Bankı uçot dərəcəsini rekord minimum səviyyəyə endirib Koreya Mərkəzi Bankı uçot dərəcəsini 0,25% bəndi azaldaraq 0,75%-dən 0,50%-ə endirib.
Maliyyə
28 May , 2020 10:16
Koreya Mərkəzi Bankı uçot dərəcəsini rekord minimum səviyyəyə endirib

Koreya Mərkəzi Bankı uçot dərəcəsini 0,25% bəndi azaldaraq 0,75%-dən 0,50%-ə endirib.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bununla da Mərkəzi Bank faiz dərəcəsini rekord minimum səviyyəyə endirib.

Koreya Mərkəzi Bankı ölkə iqtisadiyyatının 1990-cı illərin sonlarında Asiya maliyyə böhranından sonrakı dövrdə ilk dəfə resesiya yaşanacağını və 0,2% kiçiləcəyini bildirib. Bu il inflyasiyanın isə 0,3% təşkil edəcəyi açıqlanıb.

Qeyd edək ki, Mərkəzi Bank fevral ayında Koreya iqtisadiyyatının 2020-ci ildə illik 2,1% böyüyəcəyini proqnozlaşdırmışdı.

Son xəbərlər

Orphus sistemi