Koreya Birjasının təmsilçiləri Bakı Fond Birjasında olublar

Koreya Birjasının təmsilçiləri Bakı Fond Birjasında olublar Qonaqlar birjanın açılış zənginin iştirakçısı olublar
Maliyyə
25 Oktyabr , 2017 09:35
Koreya Birjasının təmsilçiləri Bakı Fond Birjasında olublar
Bfb.az

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Koreya Birjasının nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, görüşdə mövcud ticarət sistemlərinin imkanlarının genişləndirilməsi, bazar alətlərinin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq və birgə layihələr baradə müzakirələr aparılıb.

Qonaqlar həmçinin BFB-nin açılış zənginin iştirakçısı olublar.

Xatırladaq ki, BFB-nin Ticarət Sisteminin daxil olduğu Azərbaycan Mərkəzi Ticarət Sistemi (CETA) 2016-cı ildə “Azərbaycan kapital bazarlarının müasirləşdirilməsi Layihəsi" çərçivəsində Koreya Birjasının ticarət platformaları əsasında yaradılıb.

Son xəbərlər

Orphus sistemi