Azərbaycanda kommersiya banklarının AMB-yə öhdəlikləri azalıb

Azərbaycanda kommersiya banklarının AMB-yə öhdəlikləri azalıb Bununla yanaşı, bankların xarici öhdəlikləri 13% artıb
Maliyyə
11 Yanvar , 2017 11:19
Azərbaycanda kommersiya banklarının AMB-yə öhdəlikləri azalıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka (AMB) olan öhdəlikləri 2016-cı il dekabrın 1-nə 7 322,2 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi noyabrın 1-nə olan göstərici ilə müqayisədə 184,8 mln. manat və ya 2,46% azalıb, əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə 2 420,8 mln. manat və ya 49,39% artıb. 

Ötən ilin əvvəlinə nisbətən kommersiya banklarının AMB qarşısında öhdəlikləri 1 947,2 mln.manat və ya 36,23% artım göstərib. Qeyd edək ki, kommersiya banklarının AMB-yə olan öhdəliklərində noyabr ayında azalma olsa da, xarici öhdəliklərində 810 mln. manat və ya 13% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi