“Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin və yaxud maliyyə texnologiyalarının ("Fintech") tətbiqinin bir sıra üstünlükləri var”.
“Report” xəbər verir ki, bunu "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmaya doğru" mövzusunda onlayn keçirilən 10-cu Azərbaycan Mikromaliyyə Konfransında, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Mehman Abbas deyib.
"Fintech"in tətbiqi daha az xərc hesabına maliyyə resurslarına çıxışı genişləndirir, iqtisadi stimul olarsa "kölgə iqtisadiyyatı"ndan çıxmaq imkanı verir, müştərilərin daha effektiv qorunmasını təmin edir və əlbəttə, kibertəhlükəsiz məsələlərinə məsul olan dövlət qurumlarının dəstəyi ilə maliyyə xidmətlərini daha da yaxınlaşdırır", - o bildirib.