KİV: Hindistan 2024-2025-ci maliyyə ilində BƏƏ-dən 160 ton qızıl almağı planlaşdırır

KİV: Hindistan 2024-2025-ci maliyyə ilində BƏƏ-dən 160 ton qızıl almağı planlaşdırır Hindistan cari 2024-2025-ci maliyyə ilində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 160 tona yaxın qızıl almağı planlaşdırır.
Maliyyə
28 Avqust , 2024 14:20
KİV: Hindistan 2024-2025-ci maliyyə ilində BƏƏ-dən 160 ton qızıl almağı planlaşdırır

Hindistan cari 2024-2025-ci maliyyə ilində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 160 tona yaxın qızıl almağı planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Qızıl idxalı iki ölkə arasında 2022-ci il mayın 1-dən qüvvəyə minmiş hərtərəfli iqtisadi tərəfdaşlıq sazişinə uyğun olaraq həyata keçiriləcək. Sənəd Hindistanın BƏƏ-dən ildə 200 ton qızıl almasını nəzərdə tutur. 2023-2024-cü maliyyə ilində Hindistan tərəfindən BƏƏ-dən qızıl idxalı 147,6 % və ya 140 ton artaraq 7,6 milyard ABŞ dolları təşkil edib.

İdxalın artırılması üçün hökumət qızıl və gümüşün gömrük rüsumunu büdcədə nəzərdə tutulan 15 %-dən 6 %-ə endirib.

Hindistana bu qiymətli metalın ən böyük ixracatçısı İsveçrədir. Qızılın təxminən 40 %-i bu ölkədən idxal olunur, ikinci yerdə BƏƏ (16 %-dən çox) və Cənubi Afrika (təxminən 10 %) gəlir.

Hindistan hər il dünya bazarında 900 tona yaxın qızıl alır ki, bu da ölkənin ümumi idxalının 5 %-dən çoxunu təşkil edir.

Son xəbərlər

Orphus sistemi