KİV: Ukrayna IMF-dən əlavə yardım istəyəcək

KİV: Ukrayna IMF-dən əlavə yardım istəyəcək Bakı. 22 avqust. REPORT.AZ/ Ukrayna Beynəlxalq Valyuta Fondundan (IMF) əlavə 10 mlrd. ABŞ dolları məbləğində yardım istəyəcək.
Maliyyə
22 Avqust , 2018 14:01
KİV: Ukrayna IMF-dən əlavə yardım istəyəcək
Sputnik/ Natalia Seliverstova
0 : 00
0 : 00

Bakı. 22 avqust. REPORT.AZ/ Ukrayna Beynəlxalq Valyuta Fondundan (IMF) əlavə 10 mlrd. ABŞ dolları məbləğində yardım istəyəcək. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. 

Məlumatda deyilir ki, gələn ay IMF-in missiyası Kiyevə səfər edəcək və tərəflər Ukraynaya növbəti yardım proqramı barədə müzakirələr aparacaq. Bununla bağlı qərarın 2019-cu il mart ayından, yəni hazırda qüvvədə olan yardım proqramının icrası başa çatdıqdan sonra qəbul ediləcəyi gözlənilir. 

Xatırladaq ki, indiki proqram çərçivəsində Ukrayna IMF-dən 8,7 mlrd. dollar yardım alıb. 

Son xəbərlər

Orphus sistemi