"Kəpəz" BOKT-un istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 29 avqust, 2022
  • 08:54
Kəpəz BOKT-un istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Kəpəz” MMC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.

Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 4 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14-16%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti