“İnkişaf üçün maliyyə” BOKT-un istiqrazları listinqə daxil edilib
- 01 avqust, 2022
- 10:26
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.
Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.
Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.