“Kaspersky Lab”: Azərbaycan bankları kibertəhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa başlayıblar

“Kaspersky Lab”: Azərbaycan bankları kibertəhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa başlayıblar Bakı. 2 avqust. REPORT.AZ/ Dünyada maliyyə sahəsinə tez-tez edilən hücumlara görə Azərbaycan bankları kibertəhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa başlayıblar.
Maliyyə
2 Avqust , 2018 11:39
“Kaspersky Lab”: Azərbaycan bankları kibertəhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa başlayıblar
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ "Dünyada maliyyə sahəsinə tez-tez edilən hücumlara görə Azərbaycan bankları kibertəhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa başlayıblar". 

“Report” xəbər verir ki, bu barədə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov bildirib.

“Biz ölkənin bank sektoruna olan bir sıra hücumun araşdırmasında və dəfetməsində iştirak etmişik. Dünyada maliyyə sahəsinə tez-tez edilən hücumlara görə Azərbaycan bankları kibertəhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa başlayıblar, kompüterlərin müdafiəsi üzrə ən son həllərlə yanaşı, məqsədli hücumlardan “Kaspersky Anti Targeted Attack Platform” kimi kompleksli metodları tətbiq edirlər”, - deyə o, qeyd edib. 

M.Məmmədovun sözlərinə görə, ən mürəkkəb müdafiə sistemləri maliyyə təşkilatları, həmçinin, sənaye və telekommunikasiya kimi sahələrində kritik infrastruktur obyektlərində istifadə olunmalıdır: "Maliyyə təşkilatları digərlərindən fərqli olaraq daha çox hücuma məruz qalırlar, məhz ona görə onların ixtisaslaşdırılmış müdafiəyə daha çox ehtiyacları var. Kibertəhlükəsizliyin adaptiv strategiyası şirkətlərin etibarlı müdafiəsini təmin edəcək. Bu anlayış məqsədli hücumların müəyyənləşdirilməsini; iş yerləri, bankomat və terminalların müdafiəsini; bulud mühitlərinin kibertəhlükəsizliyini; təcrid edilmiş şəbəkələrə olan təhdidlərin analitikasını; fırıldaqçılıqdan müdafiəni və əməkdaşların təlimini özündə birləşdirir".

“Kaspersky Anti Targeted Attack Platform” həlli – mürəkkəb təhdidlərin proaktiv müəyyənləşdirilməsi və kiberhücum risklərinin və onların dağıdıcı təsirinin nəticələrini minimuma endirilməsi üçün nəzərdə tutlmuş innovasiya platformasıdır. 

Son xəbərlər

Orphus sistemi