Azərbaycanda kartlarla aparılan əməliyyatlarda nağdsız ödənişlərin xüsusi çəkisi 20%-ə çatıb
Maliyyə
- 10 yanvar, 2020
- 12:02
2019-cu ildə Azərbaycanda milli ödəniş sistemi ilə əməliyyatların ümumi dəyəri 41% artıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.
“Bu da kifayət qədər yüksək dinamikadır, ölkədəki iqtisadi artımı 20 dəfə üstələyir. Kəskin artım ölkədə şəffaflıqla bağlı atılan addımların, eləcə də AMB-nin ödəniş sistemlərinin inkişaf ilə bağlı reallaşdırdığı proqramların nəticə verdiyini göstərir”, - deyə o, qeyd edib.
Bundan başqa, AMB sədrinin sözlərinə görə, son 5 ildə kartlarla aparılan əməliyyatlarda nağdsız ödənişlərin xüsusi çəkisi 8%-dən 20%-ə yüksəlib: “Bu da yaxşı dinamikadır, amma bizi qane etmir. Bu il də bu nisbətin artırılması üçün addımlar atılacaq”.
Son xəbərlər
11:15
Foto
FHN-də WUF13-ə hazırlıq məsələləri ilə bağlı toplantı keçirilib
İnfrastruktur11:05
Video
Azərbaycan Prezidentinin Almaniyaya səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət11:00
Şəhriyar Məmmədyarov: "Nyukasl"la oyunda "Qarabağ"dan hər şey gözləmək olar"
Futbol10:54
Tailandda avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb
Digər ölkələr10:40
İlham Əliyev: Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur
Xarici siyasət10:36
FAKTİKİ HAVA: Güclü külək əsib, yağış yağıb
Ekologiya10:27
"Bavariya" "Qalatasaray"ın futbolçusu ilə maraqlanır
Futbol10:19
"Mehr": İranın qərbində toz fırtınası hava keyfiyyətini "təhlükəli" səviyyəyə çatdırıb
Region10:02