Kartlardan vəsaitlərin oğurlanmasının qarşısının alınması müzakirə ediləcək

Kartlardan vəsaitlərin oğurlanmasının qarşısının alınması müzakirə ediləcək “Azexport.az” portalı “Kapital Bank” ilə birlikdə “Elektron ticarətdə təhlükəsizlik” mövzusunda maarifləndirici onlayn seminar keçirəcək
Maliyyə
10 Mart , 2021 13:20
Kartlardan vəsaitlərin oğurlanmasının qarşısının alınması müzakirə ediləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı “Kapital Bank” ilə birlikdə “Elektron ticarətdə təhlükəsizlik” mövzusunda maarifləndirici onlayn seminar keçirəcək.

Bu barədə “Report”a İİTKM-dən bildirilib.

Məlumata görə, seminarda son zamanlarda elektron ticarətin yaratdığı üstünlüklərdən istifadəyə marağın artması ilə yanaşı kibertəhlükəsizliyə təhdidlərin çoxalması da müşahidə olunur. Əsasən kart məlumatlarının əldə olunması ilə vətəndaşların hesablarından vəsaitlərin oğurlanması halları baş verir. Belə halların baş verməsi vətəndaşlara maddi zərərin dəyməsi ilə yanaşı ölkədə elektron ticarətin, nağdsız hesablaşma vərdişinin və müasir texnologiyaların inkişafına öz mənfi təsirini göstərir.

“Elektron ticarətdə təhlükəsizlik” mövzusunda maarifləndirici onlayn seminarın təşkil olunmasında məqsəd qeyd olunan halların baş verməsinin qarşısının alınması məqsədi daşıyır.

Seminarda həmçinin ikinci əl məhsulların alış-verişində diqqət edilməli məqamlar, saxta “ATM” və saytların müəyyən olunması, kartların CVV/CVC məlumatlarının qorunması, sosial şəbəkələr və elektron poçt üzərindən göndərilən saxta hədiyyə kuponları və digər mövzularda ekspertlərin çıxışları nəzərdə tutulub. Seminar ödənişsizdir.

17 mart 2021-ci ildə “Zoom” tətbiqi vasitəsi ilə saat 10.00-da keçiriləcək seminar üçün qeydiyyat linki: http://training.ereforms.org (Qeydiyyatdan keçmək mütləqdir)

Son xəbərlər

Orphus sistemi