"​Kapital Bank" "Nə? Harada? Nə zaman?" oyunlarının tərəfdaşı olub

"​Kapital Bank" "Nə? Harada? Nə zaman?" oyunlarının tərəfdaşı olub Bank oyunçuların tapa bilmədikləri sualların müəlliflərini mükafatlandıracaq
Maliyyə
19 Aprel , 2016 17:24
​Kapital Bank Nə? Harada? Nə zaman? oyunlarının tərəfdaşı olub

Bakı. 19 aprel. REPORT.AZ/ "Kapital Bank" ASC “Nə? Harada? Nə zaman” intellektual klubun rəsmi tərəfdaşı olub. Tərəfdaşlıq çərçivəsində "Kapital Bank" oyunçuların tapa bilmədikləri sualların müəlliflərini mükafatlandırır.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, “Nə? Harada? Nə zaman” oyunlarına sual vermək istəyənlər "Kapital Bank"ın filiallarına yaxınlaşıb, sual və müəllifin şəxsi məlumatları yazılmış zərfi təqdim edə bilərlər.

“Heç kimə sirr deyil ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunları ölkəmizdə böyük maraqla izlənilir. 4 mövsümdən ibarət oyunlar seriyasında tamaşaçılar oyunçulara qarşı oynayırlar. Bu ilki mövsümün hazırlanmasında bizə göstərdiyi dəstəyə görə GameTV.az adından və öz şəxsən öz adımdan "Kapital Bank"a təşəkkürümü bildirirəm”, - deyə "GameTV.az" Prodüser Mərkəzinin baş direktoru Balaş Qasımov bildirib.

"Kapital Bank" sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, "Kapital Bank" həmçinin “Breyn Rinq” intellektual oyunlarının da rəsmi tərəfdaşıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. 

Son xəbərlər

Orphus sistemi