"Kapital Bank" yeni layihəsini təqdim edib

"Kapital Bank" yeni layihəsini təqdim edib Bankın kredit müştəriləri “Birlik Klubu”na qoşulmaqla bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə edirlər
Maliyyə
20 Sentyabr , 2017 11:19
Kapital Bank yeni layihəsini təqdim edib
Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Kapital Bank” ASC sadiq müştəriləri üçün “Birlik Klubu” layihəsini təqdim edib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq Bankın kredit müştəriləri “Birlik Klubu”na qoşulmaqla bir sıra güzəştlərdən yararlanmaq imkanı əldə edirlər.

Kluba üzv olan müştərilərə xüsusi üzvlük kartları təqdim edilir. Kartın növündən asılı olaraq müştərilərin aylıq kredit ödənişlərindən müəyyən məbləği bonus şəklində karta geri qaytarılır. Kredit komissiyasına endirim, illik faiz dərəcəsinə güzəşt tətbiq olunur. Həmçinin kreditin ödəniş vaxtına 6 ayadək əlavə müddət əldə etmək mümkündür: "Klub üzvlərinin qazanacağı imtiyazlar bununla yekunlaşmır. Banka aid digər faydalı təkliflər də təqdim olunacaq". 

"Birlik Klubu"na qoşulmaq üçün “Kapital Bank”ın istənilən filialına yaxınlaşmaq kifayətdir (ətraflı – www.kapitalbank.az/loans/birlik-klubu?hl=az).

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi