“Kapital Bank” yeni güzəştli kredit aksiyasına başlayıb

“Kapital Bank” yeni güzəştli kredit aksiyasına başlayıb Bakı. 1 mart. REPORT.AZ/ “Kapital Bank” ASC Novruz bayramı münasibətilə yeni güzəştli kredit aksiyasına başlayıb. 
Maliyyə
1 Mart , 2018 10:04
“Kapital Bank” yeni güzəştli kredit aksiyasına başlayıb
Report

Bakı. 1 mart. REPORT.AZ/ “Kapital Bank” ASC Novruz bayramı münasibətilə yeni güzəştli kredit aksiyasına başlayıb. 

Bu barədə "Report"a bankdan bildirilib. 

Məlumata görə, martın 31-nə qədər davam edəcək aksiya çərçivəsində “Kapital Bank”dan kredit götürən hər kəsə illik faiz dərəcəsində 4% endirim edilir. 8 000 manata qədər kreditlər isə zaminsiz verilə bilər. 

Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir. Kredit 3-48 aylıq müddətə rəsmiləşdirilir. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü “Kapital Bank”dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və yaxud təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. 

Son xəbərlər

Orphus sistemi