"Kapital Bank" yeni aksiyaya başlayıb

"Kapital Bank" yeni aksiyaya başlayıb Aksiya yanvarın 13-dək davam edəcək
Maliyyə
14 Dekabr , 2016 10:32
Kapital Bank yeni aksiyaya başlayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ "Kapital Bank" ASC Yeni İl bayramı münasibətilə “Gündəlik tələbat krediti” məhsulu üzrə yeni hədiyyə aksiyası keçirir. Şərtlərə görə, kredit rəsmiləşdirən müştərilərə xüsusi kuponlar təqdim edilir və müştəri yerindəcə ona təqdim edilən kuponu silib, qazandığı hədiyyəni müəyyən edə bilər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kampaniya ərzində 2 ədəd "iPhone 7" smartfonu, 5 ədəd "iPad" planşeti, 10 ədəd "Samsung" televizoru və kreditin illik faiz dərəcəsinə 5%-dək endirimlər öz sahiblərini tapacaq. Qeyd edək ki, bütün kuponlar hədiyyəlidir. Aksiya yanvarın 13-dək davam edəcək.

“Gündəlik tələbat krediti”nin məbləği 300-15 000 manat təşkil edir, müddəti isə 6-36 aya rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Son xəbərlər

Orphus sistemi