"Kapital Bank" səhmdarlarına dividend ödəməyə qərar verib

"Kapital Bank" səhmdarlarına dividend ödəməyə qərar verib Bu gün Kapital Bank ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.
Maliyyə
5219
1 Aprel , 2020 14:12
Kapital Bank səhmdarlarına dividend ödəməyə qərar verib

Bu gün "Kapital Bank" ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.

"Report"un əldə etdiyi məlumata görə, yığıncaqda səhmdarlara dividend ödənilməsinə qərar verilib.

Qərara əsasən, Bankın dövriyyədə olan, 12,39 manat nominal dəyərə malik 18 228 410 ədəd adi və imtiyazlı səhmlərinin hər birinə 4,6 manat dividend düşəcək.

"Bankın ötənilki xalis mənfəəti 100 milyon manatdan çox olub. Bu, hər səhmə görə təxminən 8 manat dividend ödəməyə imkan verirdi. Amma qərar verildi ki, hələlik, həmin məbləğin təxminən 60%-i səhmdarlara çatsın. Qalan hissəni koranavirus infeksiyasının mümkün mənfi təsirləri üçün ehtiyat kimi saxladılar. Əgər virusla bağlı vəziyyət tez düzəlsə, ilin sonuna qədər səhmdarlara bir qədər də dividend ödəniləcək", - deyə səhm sahiblərindən biri "Report"a bildirib.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 99,88%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 0,12%-i isə 188 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi