“Kapital Bank” səhmdarlarına 150 milyon manatdan çox dividend ödəyəcək

“Kapital Bank” səhmdarlarına 150 milyon manatdan çox dividend ödəyəcək Aprelin 1-də Bankın səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib
Maliyyə
5 Aprel , 2021 09:10
“Kapital Bank” səhmdarlarına 150 milyon manatdan çox dividend ödəyəcək

Aprelin 1-də “Kapital Bank” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl müşfiq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında baş tutub.

Yığıncaqda səhmdarlara bildirilib ki, audit yoxlamasından sonra “Kapital Bank”ın ötən ili 253 milyon manatdan çox xalis mənfəətlə başa vurduğu məlum olub. Bunun isə 60%-i və yaxud təxminən 152 milyon manatı Bankın 15 milyon ədəd adi səhminin sahiblərinə dividend kimi ödəniləcək. Beləliklə, həm səhmə 10,15 manat dividend düşəcək. Bu isə nominal dəyəri 12,39 manat olan qiymətli kağızın 81,9%-i deməkdir.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245,85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.

Son xəbərlər

Orphus sistemi