"Kapital Bank" prossesinq mərkəzini inkişaf etdirir

"Kapital Bank" prossesinq mərkəzini inkişaf etdirir Bank manat, dollar və avro əsasında olan ödəniş kartlarını 1-3 il müddətinə təklif edir
Maliyyə
20 Oktyabr , 2016 12:53
Kapital Bank prossesinq mərkəzini inkişaf etdirir

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Kapital Bank" ASC 2009-cu ildə təqdim etdiyi prossesinq mərkəzini mütəmadi olaraq inkişaf etdirir. "Report"un Banka istinadən verdiyi xəbərə görə, prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur.

Prossesinq mərkəzi tam olaraq PCI DSS təhlükəsizlik standartlarına cavab verir.

"Kapital Bank" müştərilərinə debet və kredit kart funksiyalarını özündə birləşdirən "Visa Dual Card", "PayWave" və "PayPass" təmassız texnologiyanı dəstəkləyən kartları təklif edir. Elektron ödənişlərinin təhlükəsizliyini təmin etmək üçün "3D Secure" sistemini tətbiq edib.

Bank "MasterCard International" və "Visa International" beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını "Kapital Bank" filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. "Kapital Bank" Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Qeyd edək ki, hazırda dövriyyədə "Kapital Bank"ın 3 mln.-a yaxın ödəniş kartı var. Bankın ölkə üzrə 600-dək bankomatı, 9 000-dək POS-terminalı var.

Son xəbərlər

Orphus sistemi