"Kapital Bank" onlayn bankçılıq xidmətlərini yeniləyib

"Kapital Bank" onlayn bankçılıq xidmətlərini yeniləyib Yenilənmiş Mobil və İnternet Bankçılıq xidmətləri müştərilərin istifadəsinə verilib
Maliyyə
24 Yanvar , 2017 11:48
Kapital Bank onlayn bankçılıq xidmətlərini yeniləyib

Bakı. 24 yanvar. REPORT.AZ/ "Kapital Bank" ASC onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən müştərilərə yenilənmiş Mobil və İnternet Bankçılıq xidmətini təqdim edib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumatda deyilir ki, Bank geniş imkanlara malik, lakin istifadədə daha sadə olan yenilənmiş Mobil Bankçılıq xidmətini müştərilərin istifadəsinə verib. Azərbaycanda ilk dəfə olaraq müştərilər https://e-kapitalbank.az/ saytına daxil olub, 1 dəqiqə vaxt sərf edərək, "Kapital Bank"ın istənilən plastik kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər.

Əgər müştərinin istifadə etdiyi smartfon və ya planşet barmaq izi funksiyasını dəstəkləyirsə, tətbiqə barmaq izi ilə daxil olmaq mümkündür. Mobil Bankçılıq xidməti vasitəsilə "Kapital Bank" müştəriləri hesabları, kartları, kredit və depozitlərini banka gəlmədən idarə edə bilərlər.

Bundan başqa, tətbiq vasitəsilə kommunal/rabitə ödənişlərini həyata keçirmək, kart və digər hesablara köçürmələr etmək, həmçinin ödəniş şablonları yaratmaq mümkündür. Yeni tətbiqdə "Kapital Bank"ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, valyuta məzənnələrini izləmək, həmçinin virtual kart sifariş etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi