Bakı. 27 iyul.
Bu barədə "Report" Palata yanında Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Yerləşdirmə tam şəkildə baş tutsa, Bankın nizamnamə kapitalı 40 mln.manat və yaxud 21,5% artaraq 225,85 mln. manata çatacaq.
"Kapital Bank" yeni səhmlərinin sahiblərinə illik 15% gəlirlilik vəd edir. Yəni, Bank zərərlə işləsə belə, imtiyazlı səhmlərin hər birinə görə 1,86 manat dividend ödəniləcək.
Xatırladaq ki, Bankın kapitalının artırılmasına onun səhmdarlarının bu il martın 13-də keçirilmiş ənənəvi illik yığıncağında qərar verilib.