“Kapital Bank” nizamnamə kapitalını 8% artırıb

Maliyyə
  • 27 dekabr, 2022
  • 12:05
“Kapital Bank” nizamnamə kapitalını 8% artırıb

"Bakı Fond Birjası" QSC-də (BFB) “Kapital Bank” ASC-nin 20 milyon manatlıq adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd səhm çıxarılıb.

Qiymətli kağızlar standart bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub.

Səhmlərə əsas səhmdar - "PAŞA Holdinq" MMC daxil olmaqla 63 investor qiyməti 12,39 manat, ümumi məbləği isə 20 milyon manat olan 66 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub və bankın nizamnamə kapitalı 8,1 % artaraq 245,85 milyon manatdan 265,85 milyon manata çatıb.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb.

44 filmi