“Kapital Bank” kənd təsərrüfatı işçilərinə endirimlə kredit təqdim edir

Maliyyə
  • 31 oktyabr, 2017
  • 07:13
“Kapital Bank” kənd təsərrüfatı işçilərinə endirimlə kredit təqdim edir
Report

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Kapital Bank” ASC 1 noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. 

Bu barədə “Report”a bankın mətbuat xidmətindən məlumat verilib.

Aksiya çərçivəsində “Kapital Bank”dan məvacib alan kənd təsərrüfatı işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir,. Kreditlər 8 min manatadək isə zaminsiz verilir. Aksiya noyabrın 30-dək keçirilir.

Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300-20 000 manat təşkil edir, müddəti isə 3-48 aya rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını “Kapital Bank”dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.