“Kapital Bank”ın yeni səhmlərinin satışına başlanılır

“Kapital Bank”ın yeni səhmlərinin satışına başlanılır “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin yeni səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
Maliyyə
505
25 Avqust , 2020 17:01
“Kapital Bank”ın yeni səhmlərinin satışına başlanılır

“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin yeni səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd imtiyazlı, faizli, adlı səhmdən (20 milyon manatlıq) gedir.

İllik 15% gəlirliliyə malik qiymətli kağızlar avqustun 28-də kütləvi təklif üsulu ilə yerləşdiriləcək və proses 7 iş günü davam edəcək. Bunun ilk 2 günündə mövcud səhmdarlara (“PAŞA Holdinq” MMC, “PAŞA Sığorta” “PAŞA Həyat Sığorta” ASC-lər, fiziki şəxslər) üstünlük hüququ tanınacaq. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Yerləşdirmə tam baş tutsa, “Kapital Bank”ın dövriyyədə olan imtiyazlı səhmlərinin sayı 50% artaraq 3 228 410-dan 4 842 615-a, Bankın nizamnamə kapitalı 20 milyon manat və yaxud 8,85% artaraq 225,85 milyon manatdan 245,85 milyon manata çatacaq.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb.

Son xəbərlər

Orphus sistemi