“Kapital Bank"ın yeni səhmləri listinqə daxil edilib

Maliyyə
  • 20 dekabr, 2022
  • 14:46
“Kapital Bankın yeni səhmləri listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank" ASC-nin 20 milyon manat dəyərində yeni səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

“Report” Birjaya istinadən xəbər verir ki, səhmlər dekabrın 22-də abunə yazılışı üsulu ilə yerləşdiriləcək.

Söhbət hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

44 filmi