"Kapital Bank"ın yeni dollar istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 11 iyun, 2024
  • 12:56
Kapital Bankın yeni dollar istiqrazları üzrə hərracın tarixi açıqlanıb

İyunun 24-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Kapital Bank" ASC-nin 30 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 min ədəd istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 12-21 iyun tarixlərində baş tutacaq.

İstiqrazlar 84 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 7 %-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti