“Kapital Bank”ın səhmləri ticarətdən çıxarılır

Maliyyə
  • 03 noyabr, 2018
  • 05:55
“Kapital Bank”ın səhmləri ticarətdən çıxarılır
Report

Bakı. 3 noyabr. REPORT.AZ/ / Noyabrın 30-da, saat 11:00-da "Kapital Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə “Kapital Bank”ın imtiyazlı səhmlərinin delistinq edilməsi və digər məsələlər daxildir.