“Kapital Bank”ın səhmləri delistinq ediləcək

“Kapital Bank”ın səhmləri delistinq ediləcək "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsi “Kapital Bank” ASC-nin adi, adlı, sənədsiz səhmlərinin standart bazar seqmentindən delistinq edilməsi barədə qərar qəbul edib.
Maliyyə
29 Dekabr , 2022 11:45
“Kapital Bank”ın səhmləri delistinq ediləcək
Report

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsi “Kapital Bank” ASC-nin müraciəti əsasında, onun nominal dəyəri 12,39 manat olan adi, adlı, sənədsiz səhmlərinin standart bazar seqmentindən delistinq edilməsi barədə qərar qəbul edib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, qərar 2 aydan sonra - gələn il fevralın 28-də qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi