"Kapital Bank"ın rəhbərliyinə yeni təyinatlar olub

"Kapital Bank"ın rəhbərliyinə yeni təyinatlar olub Fərid Hüseynov Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib
Maliyyə
1465
20 Fevral , 2017 10:20
Kapital Bankın rəhbərliyinə yeni təyinatlar olub

Bakı. 20 fevral. REPORT.AZ/ "Kapital Bank"ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov Bankın İH sədrinin 1-ci müavini vəzifəsinə təyin edilib.

Bu barədə "Report" Banka istinadən xəbər verir. 

F.Hüseynov yeni vəzifəsində "Kapital Bank"ın daxil olduğu "PAŞA Holdinq"in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirən Fərid Məmmədovu əvəz edib. 

Bundan başqa, Nahid Zeynalov "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini, Bankın Baş İnformasiya İnzibatçısı təyin olunub. 

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. Bankın səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi