"Kapital Bank"ın öhdəlikləri 10% artıb

"Kapital Bank"ın öhdəlikləri 10% artıb Bakı. 15 yanvar. REPORT.AZ/ Kapital Bank ASC-nin aktivləri illik müqayisədə 8,9% artaraq 2018-ci il yanvarın 1-nə 3 184,5 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,4% artaraq 1 244,0 mln. manat olub.
Maliyyə
15 Yanvar , 2018 11:03
Kapital Bankın öhdəlikləri 10% artıb
Report

Bakı. 15 yanvar. REPORT.AZ/ "Kapital Bank" ASC-nin aktivləri illik müqayisədə 8,9% artaraq 2018-ci il yanvarın 1-nə 3 184,5 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,4% artaraq 1 244,0 mln. manat olub.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri də illik 9,7% artaraq 2018-ci il yanvarın 1-nə 2 858,6 mln. manata çatıb. Bankda müştəri depozitlərinin həcmi illik 17,5% artaraq 1 yanvar 2018-ci il tarixinə 2 362,0 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836,9 mln. manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur.

Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 mln. manat, nizamnamə kapitalı isə 185,9 mln. manat təşkil edib.

"Kapital Bank" 2017-ci ildə 94,840 mln. manat həcmində xalis mənfəət əldə edib. Bu isə 2016-cı illə müqayisədə 9,1% çoxdur. Bank 2017-ci ildə 263,363 mln. manat faiz gəlirləri, 135,176 mln. manat qeyri-faiz gəlirləri əldə edib. Bu müddətdə faiz xərcləri 81,717 mln. manat, qeyri-faiz xərcləri isə 148,408 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi