"Kapital Bank"ın nizamnaməsinə əlavə və dəyişikliklər edilib

"Kapital Bank"ın nizamnaməsinə əlavə və dəyişikliklər edilib Bankın Müşahidə Şurasının əsasnaməsinə də müvafiq əlavə və dəyişikliklər edilib
Maliyyə
17 Sentyabr , 2015 14:21
Kapital Bankın nizamnaməsinə əlavə və dəyişikliklər edilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. "Report"un banka istinadən verdiyi xəbərə görə, bankın baş ofisində keçirilən ümumi yığıncağın gündəliyində duran əsas məsələ “Kapital Bank” ASC-nin sənədli səhmlərinin formasının dəyişdirilməsi olub.

Məlum olduğu kimi, 14 iyul 2015-ci il tarixdə “Qiymətli kağızlar bazarı haqqında” qanun qüvvəyə minib. Həmin qanunun 23.1-ci maddəsinə əsasən, investisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır. Qanunun 91.1-ci maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək buraxılmış sənədli investisiya qiymətli kağızları ilə əqdlər, yalnız həmin investisiya qiymətli kağızlarının sənədsizləşdirilməsindən sonra bağlanıla bilər. Bununla əlaqədar olaraq qərara alınıb ki, qanunun 23.1-ci maddəsinə əsasən, “Kapital Bank”ın sənədli səhmlərinin sənədsiz səhmlər qiymətli kağız formasına keçirilməsi müvafiq qaydada təmin edilsin. Bu baxımdan bankın nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi qərara alınıb.

Bundan əlavə, “Kapital Bank” ASC-nin Müşahidə Şurasının əsasnaməsinə də müvafiq əlavə və dəyişikliklər edilib.

Son xəbərlər

Orphus sistemi