“Kapital Bank”ın manat istiqrazlarının ilk tranşına 42 investor maraq göstərib

Maliyyə
  • 10 iyun, 2024
  • 13:33
“Kapital Bank”ın manat istiqrazlarının ilk tranşına 42 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Kapital Bank” ASC-nin 100 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 50 milyon manatlıq ilk tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd istiqraz premium bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 42 investor 96,092 milyon manatlıq 42 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi