​"Kapital Bank"ın 3 filial müdiri işdən azad edilib

​"Kapital Bank"ın 3 filial müdiri işdən azad edilib İki filiala müvəqqəti olaraq Filial şəbəkəsinin idarə edilməsi Departamentinin menecerləri rəhbərlik edəcək
Maliyyə
11 Mart , 2016 17:24
​Kapital Bankın 3 filial müdiri işdən azad edilib

Bakı. 11 mart. REPORT.AZ/ "Kapitalı Bank" ASC-nin üç filialının rəhbəri dəyişdirilib. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, Bankın Şirvan şəhər filialının müdiri Namid Bəybala oğlu Quliyev vəzifədən azad edilib.

Məlumata görə, 1 saylı Xətai rayon filialının müdiri Elşən Fazil oğlu Yusibov vəzifədən olunaraq Şirvan şəhər filialına müdir təyin edilib.

1 saylı Xətai rayon filialına isə hələ yeni müdir təyin olunmayıb. Filial müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Bankın Filial şəbəkəsinin idarə edilməsi Departamentinin meneceri Faiq Bəyzadar oğlu Vəliyeva həvalə edilib.

Həmçinin,"Kapital Bank"ın Qobustan rayon filialının müdiri Sadətdin Allahverdi oğlu Qaragedəyev da vəzifəsindən azad edilib. Lakin filiala yeni müdir təyin edilmədiyi deyilir. Belə ki, bu vəzifənin icrası müvəqqəti olaraq Bankın Filial şəbəkəsinin idarə edilməsi Departamentinin meneceri Telman Soltan oğlu Aslanova tapşırılıb.

Son xəbərlər

Orphus sistemi